Ümumi

about-common

TTCP Nədir?

  • TTCP – Texnologiyanın Transferi və Elmin Kommersiyalaşdırılması Platformasıdırdır.
  • TTCP - Texnologiyanın transferi və elmin kommersiyalaşdırılmasını təşviq edən və dəstəkləyən, həmçinin Azərbaycanda innovasiya ekosisteminin qlobal tələblər və yerli ehtiyaclar kontekstində inkişaf etdirən Platformadır.
  • TTCP Koreya Respublikasının maliyyə dəstəyi ilə qurulmuşdur.TTCP investorlar, o cümlədən biznes və sənaye müəssiələri; toxnoparklar, texnoloji transfer mərkəzləri və biznes inkubatorlar; təhsil və tədqiqat müəssisləri; aidiyyəti dövlət qurumları, eləcə də digər maraqlı tərəflər arasında effektiv əməkdaşlığın təmin edilməsinə xidmət edir. Əlçatanlğın təmin olunması məqsədilə xidmətlər həm onlayın, həm də ənənəvi formada təmin edilir. Belə ki, məhsuldarlığı onlayn formada təmin edilə bilən xidmətlər (bəzi təlim, mentorluq, hüquq, patent, innovativ metod, qayda və resurslara əlçatanlıq, ideya müəllifləri və investorlar ilə əlaqə və ya şəbəkələşmə imkanları və s.) platforma üzərindən təmin edilir.

İstifadəçilər TTCP-dən faydalanmaqla (maraqlarına uyğun olaraq) innovativ həll yollarının inkişaf etirilməsinin iştirakçıları ola bilir, həmçinin tədqiqat və inkişaf proseslərindən yararlana bilirlər. Beləliklə, TTCP irəli sürülən innovativ həll yollarının effektiv inkişafını təmin edir. İnnovativ həll yollarının kütləviləşdirilməsi və biznesdə (sənayedə) tətbiq edilməsi məqsədilə investorlara çıxış kimi imkanlar da TTCP vasitəsilə daha əlçatandır. TTCP bazarın və istifadəçilərin ehtiyac və tələblərinə uyğun olaraq davamlı təkmilləşdirilir.

Əhatə Dairəsi

  • Azər baycan Respublikası;
  • Qlobal bazarlar

Dəstəkçilər

  • Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutu( STEPI)
about-common

Məqsədimiz

  • İnnovasiya ekosisteminin iştirakçıları (əqli mülkiyyət sahibləri və biznes yönümlü intelektual yaradıcı insanlar, investorlar, sənaye və texnologiyalar parkları, texnoloji transfer mərkəzləri, biznes inkubatorları və digər maraqlı tərəflər) arasında texnologiyanın transferi və elmi kommersiyalaşdırlmasına əsaslanan əməkdaşlığı təşkil etmək;
  • İnnovasiya ekosisteminin formalaşması və inkişafına töhfələr vermək;
  • Yerli məzmun və ehtiyaclara cavab verən innovativ imkanlarla zəngin əməkdaşlıq platformasını qurmaq;
  • Azərbaycanın innovasiya ekosistemini qlobal bazarlarla əməkdaşlığa əlçatanlığını təmin etmək və s.
about-common

Missiyamız

  • Azərbaycanda innovasiya ekosisteminin, o cümlədən intellektual kapitalın və yüksək texnologiyaların inkişafında davamlılığa nail olmaq, həmçinin bu sahədə qlobal bazarlarla səmərəli əməkdaşlığı təmin etmək.