Əlavə olunduğu tarix: 07.10.2022
“2022/2023-cü illərdə təhsilin inkişafı üzrə ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
“2022/2023-cü illərdə təhsilin inkişafı üzrə ictimai təşəbbüslərin dəstəklənməsi”
qrant müsabiqəsi
Prioritet istiqamətlər üzrə təhsilin inkişafına xidmət edən ictimai iştirakçılığın təmin
edilməsi məqsədilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi “2022/2023-cü
illərdə təhsilin inkişafı üzrə ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi elan
edir.
Müsabiqənin büdcəsi 950000 manat təşkil edir. Müsabiqənin keçirildiyi müddət
ərzində artıq Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş digər qrantlar üzrə xərclərdə
qənaət yaranarsa, müsabiqə büdcəsinin artırılması ehtimalı vardır.
Müsabiqə aşağıdakı nominasiyalar üzrə həyata keçirilir:
1. Təhsilalanlar arasında ictimai fəallığın dəstəklənməsi;
2. Məktəb nüfuzunun artırılması və məktəb icmasının inkişaf etdirilməsi;
3. Reytinqli Kütləvi Açıq Onlayn Kursların (MOOCs) Azərbaycan dilinə tərcüməsi,
dublyajı, istifadəyə verilməsi və ya yerli mütəxəssislər tərəfindən açıq onlayn
kursların hazırlanaraq həmin platformalarda yerləşdirilməsinin təmin olunması.
Ətraflı: https://edu.gov.az/uploads/elan/2022/09/elan-qrand-musabiqesi.pdf