TTCP investorlar, o cümlədən biznes və sənaye müəssiələri; toxnoparklar, texnoloji transfer mərkəzləri və biznes inkubatorlar; təhsil və tədqiqat müəssisləri; aidiyyəti dövlət qurumları, eləcə də digər maraqlı tərəflər arasında effektiv əməkdaşlığın təmin edilməsinə xidmət edir. Əlçatanlğın təmin olunması məqsədilə xidmətlər həm onlayın, həm də ənənəvi formada təmin edilir. Belə ki, məhsuldarlığı onlayn formada təmin edilə bilən xidmətlər (bəzi təlim, mentorluq, hüquq, patent, innovativ metod, qayda və resurslara əlçatanlıq, ideya müəllifləri və investorlar ilə əlaqə və ya şəbəkələşmə imkanları və s.) platforma üzərindən təmin edilir. İstifadəçilər TTCP-dən faydalanmaqla (maraqlarına uyğun olaraq) innovativ həll yollarının inkişaf etirilməsinin iştirakçıları ola bilir, həmçinin tədqiqat və inkişaf proseslərindən yararlana bilirlər. Beləliklə, TTCP irəli sürülən innovativ həll yollarının effektiv inkişafını təmin edir. İnnovativ həll yollarının kütləviləşdirilməsi və biznesdə (sənayedə) tətbiq edilməsi məqsədilə investorlara çıxış kimi imkanlar da TTCP vasitəsilə daha əlçatandır.