TTCP – Texnologiyanın Transferi və Elmin Kommersiyalaşdırılması Platformasıdırdır.
TTCP - Texnologiyanın transferi və elmin kommersiyalaşdırılmasını təşviq edən və
dəstəkləyən, həmçinin Azərbaycanda innovasiya ekosisteminin qlobal tələblər və yerli
ehtiyaclar kontekstində inkişaf etdirən Platformadır.
TTCP Koreya Respublikasının maliyyə dəstəyi ilə qurulmuşdur.
TTCP investorlar, o cümlədən biznes və sənaye müəssiələri; toxnoparklar, texnoloji
transfer mərkəzləri və biznes inkubatorlar; təhsil və tədqiqat müəssisləri; aidiyyəti
dövlət qurumları, eləcə də digər maraqlı tərəflər arasında effektiv əməkdaşlığın təmin
edilməsinə xidmət edir. Əlçatanlğın təmin olunması məqsədilə xidmətlər həm onlayın, həm
də ənənəvi formada təmin edilir. Belə ki, məhsuldarlığı onlayn formada təmin edilə bilən
xidmətlər (bəzi təlim, mentorluq, hüquq, patent, innovativ metod, qayda və resurslara
əlçatanlıq, ideya müəllifləri və investorlar ilə əlaqə və ya şəbəkələşmə imkanları və
s.) platforma üzərindən təmin edilir.
İstifadəçilər TTCP-dən faydalanmaqla (maraqlarına uyğun olaraq) innovativ həll
yollarının inkişaf etirilməsinin iştirakçıları ola bilir, həmçinin tədqiqat və inkişaf
proseslərindən yararlana bilirlər. Beləliklə, TTCP irəli sürülən innovativ həll
yollarının effektiv inkişafını təmin edir. İnnovativ həll yollarının kütləviləşdirilməsi
və biznesdə (sənayedə) tətbiq edilməsi məqsədilə investorlara çıxış kimi imkanlar da
TTCP vasitəsilə daha əlçatandır.
TTCP bazarın və istifadəçilərin ehtiyac və tələblərinə uyğun olaraq davamlı
təkmilləşdirilir.
- Azərbaycan Respublikası;
- Qlobal bazarlar
- Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutu( STEPI)