Məktəblər innovativ bacarıqlar üçün başlanğıc nöqtəsi
Məktəblər innovativ bacarıqlar üçün başlanğıc nöqtəsi
"Məktəblər innovativ
bacarıqlar üçün başlanğıc nöqtəsi kimi"
Bünyamin Seyidov
Yüksək
Texnologiyalar Parkının şöbə müdiri,
Innovasiya
yaradıcı
bir prosesdir. Hər bir yaradıcılıq prosesi istedadla yanaşı vərdişlərlə də
müşayiət olunur. Müasir dövrdə innovasiyaların sürətli inkişafı ilə paralel
olaraq təkcə savadlı deyil, həm də çevik və hipotetik düşünməyi bacaran, yüksək
ünsiyyət bacarıqlarına malik, analitik bacarıqlara yiyələnən, yaradıcı düşünən,
müxtəlif sahələrdə və fənlərdə fərqli anlayışlarla yaradıcılığını birləşdirən şagirdlərin yetişdirilməsinə
ehtiyac var. Hazırda
dünyada məktəblərdə innovasiya yönümlü düşüncə tərzinin formalaşdırılması qəbul
edilmiş bir tədris metodudur.
Uşaqlarda innovativ düşüncənin erkən yaşlarda
formalaşması onun ömür boyu davamlı
olmasını təmin edə bilər. İnnovasiya və yaradıcı düşüncə tərzi anadangəlmə xüsusiyyətlər hesab edilsə də, əslində
onlar öyrənilə və inkişaf etdirilə bilən xüsusiyyətlərdir. Şagirdlərin
təxəyyüllərinin öyrəndikləri vasitəsilə inkişaf etdirilməsi üçün onlar
yaşadıqları mühitlə məhdudlaşmamalı və qlobal düşünməlidirlər. Onlar dünyada
baş verən inkişafı və yaranan problemləri izləməli, problemlərin həlli
yollarını yaxından öyrənməlidirlər. Yenilikçi düşüncənin uşaqlar üçün açacağı
qapılar sonsuzdur. Uşaqların təfəkkür dünyasını, yəni üfüqlərini inkişaf etdirməklə
onların problemlərin həm tez, həm də alternativ həll yollarını tapması təmin
edilir.
Yenilikçi düşüncə zehni
inkişaf etdirərək perspektivlər qazanmağı hədəfləyir. Məhz bununla onlar məktəbdə
yeni perspektivlər qazanır və müxtəlif yollarla önə çıxırlar.
Yuxarıda deyilənlərə əsasən demək olar ki,
məktəb innovativ bacarıqların başlanğıc nöqtəsidir. Məktəblərdə innovasiya
mühitinin yaradılması çətin deyil. Bu mühiti yaratmağa kömək edən yeganə əsas
amil tələbənin fəallığıdır. Onlara yenilikləri qəbul etmək imkanı vermək lazımdır. Təkcə sinfi bütün
qabaqcıl texnologiyalarla doldurmaq kifayət etməyəcək. Daim dəyişən və yenilənən
dünyada tələbələrin bu ideyalara uyğunlaşdırılması ən vacib məqamdır.
Şagirdlərə təhsil həyatında
yeni məqsəd vermək bu yeni öyrənmənin əsasını təşkil edir. Şagirdləri innovatorlara çevirmək istəyiriksə,
onlara bu uyğun mühiti təmin etməliyik. Şagirdlər üçün müsabiqələr,
innovasiya düşərgələri və sosial məsuliyyət adı altında həyata keçirilən layihələr onların kəşf edilməsini sürətləndircəkdir.
Ölkələr təhsil və mədəniyyət
sahəsində öz zəif tərəflərini tapmalı və innovasiya nümunələri kimi özlərini
inkişaf etdirməlidirlər. Təhsildə innovasiyanın əsas məqsədi fərdləri
informasiya əsrinin tələb etdiyi biliklərlə təchiz etmək və təhsil həyatını
daha səmərəli etməkdir.