Texnoloji Transfer Ofislərinin fəaliyyəti haqqında
Texnoloji Transfer Ofislərinin fəaliyyəti haqqında
Texnoloji
Transfer Ofisləri (TTO) akademik tədqiqat nəticələrinin səmərəli və sürətli
kommersiyalaşdırılmasını təşkil edən və bununla bağlı fəaliyyətləri həyata
keçirən qurumdur. Çox hallarda universitetlərin və texnoparkların tərkibində,
eləcə də tədqiqat və inkişaf (R&D) fəaliyyətlərinə əhəmiyyət verən iri müəssisələrdə
formalaşdırılır. Bilik iqtisadiyyatında TTO-ların aktuallığı daha artır.
TTO-ların fəaliyyəti universitet və tədqiqat mərkəzləri ilə sənaye (biznes)
arasında, o cümlədən tədqiqatçılar, sahibkarlar, investorlar, sənayeçilər və
digər maraqlı tərəflər arasında səmərəli əməkdaşlığı təşkil edərək, bilikdən səmərli
istifadəni təmin edir.
TTO-ların əsas məqsədlərini
aşağıdakı kimi qeyd etmək olar:
· Tədqiqatçıların
qarşılaşdıqları və ya qarşılaşa biləcəkləri riskləri azaldan strategiyalar
formalaşdırmaq;
· İnvestorların,
o cümlədən iş dünyasının tədqiqatçılarla əməkdaşlığını təşkil etmək və biznesə əlavə
dəyər qazandırılmasını təmin etmək;
· Sahibkarlıq,
innovasiya, startap, R&D və əqli mülkiyyət hüquqları üzrə təbliğat işləri və
təlimləri təşkil etmək;
· Tədqiqatçılara,
startaplara və sahibkarlara həm ölkə daxilində, həm də xaricdə qüvvədə olan
patent sənədlərinin alınmasında köməklik göstərmək;
· Peşəkar
mütəxəssislər ilə şirkətlər və startaplar arasında əlaqəni formalaşdırmaq;
· Patent,
əqli mülkiyyət hüquqları, lisenziyalaşdırma, akademik əsaslı yeni şirkətlərin
yaradılması üçün təşviqlər etmək, bu məqsədlə bazar araşdırması, təsis kapitalı
və ya toxum investisiyanın tapılması, eləcə də layihənin maliyyələşdirilməsi üzərində
iş apararaq, sənaye və universitetləri ehtiyaclara uyğun istiqamətləndirmək.
TTO-larda
işin səmərəli təşkili, eləcə də məqsədlərə nail olmaq üçün fəaliyyətlər 5
modulda həyata keçirilir. Hər bir modul üzrə nəzərdə tutulan fəaliyyət istiqamətləri
isə aşağıdakı kimidir:
Modul 1. Fərqindəlik,
təqdimat, maarifləndirmə və təhsil xidmətləri
ü Maarifləndirmə
və təbliğat tədbirlərini təşkil etmək;
ü Tədqiqat
və inkişaf sahəsində qazanılmış uğur hekayələrinin paylaşılması məqsədilə
vebinar, seminar, panel, forum və konfransları təşkil etmək;
ü Müxtəlif
proqram və layihələr haqqında məlumatlandırmanı təşkil etmək;
ü Müvafiq
jurnal, bülten, broşür, kataloq və bu kimi materialları hazırlamaq və yaymaq;
ü Layihə
dəstək fondları, əqli mülkiyyət hüquqları, patent və lisenziyalaşdırma,
startap, innovasiya və sahibkarlıq mövzularında təlim və mentorluq xidmətlərini
təşkil etmək.
Modul 2. Dəstək
proqramlarından faydalanmağa yönəlmiş xidmətlər
ü Milli
və beynəlxalq layihə və qrant çağırışlarını tədqiqatçıların elektron
ünvanlarına göndərmək; Veb səhifə, sosial media və digər vasitələrdən istifadə
etməklə maraqlı tərəfləri davamlı məlumatlandırmaq;
ü Milli
və beynəlxalq çağırışlara müraciət etmək məqsədilə tədqiqatçılara və firmalara
akademik və texniki-inzibati dəstək vermək;
ü Milli
və beynəlxalq qrant dəstək proqramlarına müraciət etmək üçün layihənin
hazırlanması və yazılmasına dəstək vermək;
ü Əlavə
dəstək mexanizmlərinin işlənməsi və tapılması istiqamətində məsləhət xidmətlərini
təşkil etmək, eləcə də yeni cəhdlər etmək.
Modul 3. Elm-təhsil
biznes əməkdaşlığı
ü Biznes
və ya sənayeinin gözlənti və ehtiyaclarını təyin etmək üçün tədqiqat, müzakirə,
konfrans və digər tədbirlərin təşkil etmək;
ü Universitet-sənaye
əməkdaşlığını təşviq və təşkil etmək;
ü Universitet-sənaye
əməkdaşlığının inkişaf etdirilməsi məqsədilə tələb və ehtiyaclara uyğun təşkilatlanma
işlərinin təşkil etmək;
ü Bazarın
dəstəkləri ilə tədqiqat və inkişaf proqram və layihələrini təşkil etmək;
ü Sənaye
əhəmiyyətli tədqiqat və inkişaf proqram və layihələrini dəstəkləmək;
ü İş
fikirləri və innovasiya layihələrinin sənayeçilərə təqdim edilməsi məqsədilə
müxtəlif tədbirləri təşkil etmək.
Modul 4. Əqli
mülkiyyət və lisenziylaşdırma xidmətləri
ü Patent
və faydalı modelin yazılması, əqli mülkiyyətin təmin edilməsi məqsədilə müraciətin
edilməsi istiqamətində maarifləndirmə və təbliğat işlərinə dəstək vermək;
ü Elm-təhsil
müəssisələri, patent təşkilatları, texnoparklar, akselerasiya və inkibasiya mərkəzləri
ilə tərəfdaşlıq etmək və ehtiyaclara uyğun dəstək mexanimzlərini təşkil etmək;
ü Tərəfdaşların
patent ve lisenziyalaşdırma əməliyyatlarına dəstək vermək məqsədilə milli və
beynəlxalq təşlkilatlarla görüşlər keçirmək, bununla bağlı müvafiq təqdimatlar
etmək;
ü Əqli
mülkiyyət və lisenziyalaşdırma işlərində tərfədaşlara akademik və
texniki-inzibati dəstəklər təşkil etmək.
Modul 5. Şirkətləşmə
və sahibkarlıq xidmətləri
ü İnkubasiya
və akselerasiya ximdətləri təşkil etmək;
ü İdeya
və layihə müəllifləri ilə investorların əməkdaşlığını təşviq və təşkil etmək;
ü Tədqiqatçıların
və tələbələrin şirkət qurmaq fəaliyyətlərini asanlaşdırılması üçün mexanizmlər
qurmaq və təklif etmək;
ü Tədqiqat
və inkişafa əsaslanan firmaların sayını artırmaq və bu firmaların davamlılığını
təmin edən tədbirlər təşkil etmək;
ü Tədqiqat
və inkişafa əsaslanan firmaların əməkdaşlığını təmin etmək;
ü Lisenziya
və hissə satışı edərək, tədqiqatçılara gəlir təmin etmək;
ü Biznes
təşəbbüskarlığı və startap mədəniyyətini inkişaf etdirmək.
İsa Qasımov
29.08.2023