Komandamız
Ekspert
Vüqar Babayev
İnnovasiya ekosistemində 20 ilə yaxın peşəkar təcrübəyə malikdir. Azərbaycan Milli Elmlər Akademiyasında İnnovasiya şöbəsinə və daha sonra Yüksək Texnologiyalar Parkına rəhbərlik etmişdir.
Peşəkar fəaliyyəti ilə bağlı müxtəlif layihə və proqramlar çərçivəsində Türkiyə, Rusiya, ABŞ, Çin, İngiltərə, İsveçrə, Almaniya, Avstriya, Niderland, İspaniya, Portuqaliya, İtaliya, Fransa, Macarıstan, Rumıniya, Polşa, Bolqarıstan, Moldova, Cənubi Koreya, Çili, Səudiyyə Ərəbistanı, BƏƏ, Keniya, Kamerun, Ukrayna, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızstanda Azərbaycanı təmsil etmişdir.
Dünya Bankının layihəsinin baş təlimçisi, Ekoloji Kənd Təsərrüfatı haqqında Qanun layihəsinin müəllifi, “Ekoloji kənd təsərrüfatı" aylıq jurnalının təsisçisi və redaksiya heyətinin üzvü (Azərbaycan), Ekoloji Kənd Təsərrüfatı üzrə beynəlxalq baş təlimçi, Beynəlxalq "Annals of Agrarian Science" rüblük elmi jurnalının redaksiya heyətinin üzvü (Gürcüstan), "Пермский аграрный вестник" rüblük elmi jurnalının redaksiya heyətinin üzvü (Rusiya), Qlobal Aqrar Məsləhət Xidmətləri Forumunun üzvü ( İsveçrə), Avropa Birliyinin Keyfiyyət Sistemi Akademiyasının auditoru, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tabeliyində Azərbaycan Standartlaşdırma İnstitutu “Ekoloji təmiz kənd təsərrüfati məhsullarının standartlaşdırılması üzrə” Texniki Komitənin sədridir. Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasıın “Davamlı inkişafın planlaşdırılması və idarə edilməsi” kafedrasının baş müəllimidir. 3 kitab, 45 elmi əsər və 12 beynəlxalq layihənin müəllifidir