Komandamız

İsa Qasımov

Ekspert

İsa Qasımov

Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin direktoru, həmçinin BMU-nun dosentidir.

İnnovasiya ekosistemində 15 ilə yaxın peşəkar təcrübəyə malikdir. Bakı Mühəndislik Universitetinin (BMU) texnoparkının qurucusu və rəhbəri olmuşdur. “Yeni Fikir” startap müsabiqəsi və “Smart Bridge-(Texnologiya, Biznes, İnnovasiya)” layihələrinin təsisçisi və rəhbəridir. Həmçinin “CAMPAINGNers” (HORİZON 2020) layihəsinin Azərbaycan üzrə elmi koordinatorudur. “Yeni Fikir” startap müsabiqəsində 1000-dən çox startap layihənin qiymətləndirilməsini təşkil etmiş, o cümlədən 100-ə yaxın startapın inkişafında, onlardan 40 startapa isə inkubasiya xidmətləri və toxum investisiya dəstəyi vermişdir.

Universitet-sənaye əməkdaşlığı, texnologiyaların transferi və elmin kommersiyalaşdırılması və onun təşkili sahəsində ekspert kimi fəaliyyət göstərir.

"Texnoloji innovasiyalar iqtisadiyyatı" ixtisası üzrə "Azərbaycanda regional sahibkarlığın inkişafı üçün innovasiyaların stimullaşdırılması və texnoparkların yaradılması mexanizmlərinin işlənməsi" mövzusunda elmlər doktorluğu işi üzərində işləyir. "İnnovasiya sahibkarlığı və texnoparklar" kitabının, həmçinin 5 dərs proqramı, onlarla elmi məqalənin müəllifidir.

Stanford Universiteti Peşəkar İnkişaf Mərkəzinin təqdim etdiyi “İdeyadan Bizensə İnnovasiya və Akselerasiya iX Proqramı” (22.01.-18.03.20); "Yüksək səviyyəli elm-texnologiya-innovasiya siyasəti və strateji inkişafı" (Koreya Respublikası, 11-30.10.18.); “Texnoparkların planlaşdırılması və idarə edilməsi haqqında təcrübə” proqramı, (Sloveniya 14-18.0518), "Silikon Vadisinə keçid" (ABŞ, San-Fransisko, 21-25.08.17), “İnnovasiya və sahibkarlığının biznes inkubatorlarda inkişafı” (Hindistan, 04.01.-12.02.16); “Ali təhsil və gələcək karyera proqramı” (ABŞ, 28.01.-18.02.12), "Startapçıların Türkiyədə Texnopark Təcrübəsi" proqramı, İstanbul, Ankara, 12-31.08.13) və digər çoxsaylı beynəlxalq (Fransa, İtaliya, Polşa, Türkiyə və s.) peşəkar inkişaf proqramlarının məzunudur.