Komandamız
Ekspert
Bünyamin Seyidov
2009-2013-cü illərdə AMEA Xarici əlaqələr şöbəsində mütəxəssis və aparıcı mütəxəssis, 2013-2021-ci illərdə AMEA Beynəlxalq Əlaqələr İdarəsində şöbə müdiri vəzifəsində çalışmışdır. Əmək fəaliyyəti dövr ərzində dünyanın 20-ə yaxın ölkəsində (Belçika, İtaliya, Fransa, İsveçrə, Almaniya, Çexiya, Serbiya, Bolqarıstan, Rusiya, Ukrayna, Moldova, Belarus, Cənubi Koreya, Türkiyə və s.) keçirilən beynəlxalq tədbirlərin iştirakçısı olmuş, AMEA-nı təmsil etmişdir. 2015-2018-ci illərdə Avropa Komissiyasının tədqiqat və innovasiya üzrə ən böyük proqramı olan “HORİZON 2020” Proqramı çəçivəsində “Cəmiyyətlə və cəmiyyət üçün elm” istiqaməti üzrə milli əlaqələndirici şəxs kimi fəaliyyət göstərmiş, eləcə də 5 beynəlxalq layihənin (1 Erasmus +, 1 Horizon 2020, 1 Bolqarıstan Elmlər Akademiyası ilə müştərək layihə, 2 Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutu (STEPI) ilə birgə layihələr) koordinatoru və icraçısı olmuş, onlarla beynəlxalq tədbirin və AMEA əməkdaşlarının xarici səfərlərinin təşkilində iştirak etmişdir. İştirak etdiyi beynəlxalq tədbirlərdə sertifikatlarla təltif edilmişdir.
STEPI və AMEA Yüksək Texnologiyalar Parkının (AMEA YTP) birgə həyata keçirdiyi və 2019-2020-ci illəri əhatə edən “Azərbaycanda texnologiyaların transferi elmin kommersiyalaşdırılmasının təşviqi” layihəsi çərçivəsində iki illik fəaliyyəti ilə Azərbaycan-Koreya elmi-texniki əlaqələrinin inkişafı prosesində iştirak etmişdir. Məhz bu layihənin icrasının nəticəsi olaraq Koreyalı ekspertlərin iştirakı ilə AMEA YTP-nin strateji planı və layihə nəticələrinə dair 350 səhifəlik yekun hesabat hazırlanmışdır. Bu prosesin davamı olaraq koreyalı mütəxəssislərlə birgə həmmüəllifi olduğu və 2022-2024-cü illərdə icra ediləcək AMEA YTP-nin istismar sisteminin təkmilləşdirilməsini qarşıya hədəf qoyan layihə Koreya hökuməti tərəfindən maliyyələşdirilməyə məqbul hesab edilmişdir.
Bünyamin Seyidov hazırda AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun doktorantıdır. “Azərbaycan Respublikasının Latın Amerikası ölkələri ilə siyasi münasibətləri və onun reallaşdırlması mexanizmləri” mövzusu üzrə tədqiqatlar aparır. Beynəlxalq münasibətlər, elm diplomatiyası, elmi diaspora və innovasiya sahələri üzrə 15 elmi məqalənin, 1 kitab fəslinin (ingilis dilində) və 3 kitab tərcüməsinin müəllifidir. İngilis və rus dillərini bilir və İT proqramlar və əlavə bacarıqlara sahibdir.