Əlavə olunduğu tarix: 27.09.2022

Yeni Fikir MMC

"Yeni Fikir" MMC - Sahibkarlıq fəaliyyətində innovasiyaların formalaşdırılması və tətbiqini; müəssisədaxili sahibkarlığın formalaşdırılması və inkişafını, eləcə də innovativ sahibkarlığın (biznes təşəbbüskarlığının, startapların və ya texnosahibkarlığın) inkişafını təşviq edən və dəstəkləyən inkubasiya və digər bu kimi xidmətlər təklif edir.

Startapların formalaşdırılması və inkişafı istiqamətində yerinə yetirilən müsabiqələrin təşkili və İnkubasiya xidmətləri Yeni Fikir MMC-nin peşəkar təcrübəsində daha geniş yer alır.  Azərbaycanda həyata keçirilən ən böyük startap proqramı olan Yeni Fikir startap müsabiqəsi 2013-cü ildən etibarən keçirilir. İndiyə kimi 6 dəfə həyata keçirilən Müsabiqəyə 977 startap layihəsi cəlb olunub ki, onlardan seçilən ən perspektivli 40 startap layihəsinin (https://yenifikir.az/az/pages/Layiheler-57.html) inkişafı inkubasiya xidmətləri, o cümlədən toxum investisiya imkanları ilə dəstəklənib. Bununla belə, proses zamanı minlərlə biznes təşəbbüskarına startap biznesində innovasiyalar və  sahibkarlıq fəaliyyəti istiqamətində təlim və mentorluq xidmətləri verilib.

Əlaqə: İsa Qasımov / təsisçi
+994557680245 
[email protected] \ [email protected] \ www.yenifikir.az \ https://www.facebook.com/yenifikir.az/

Müəllif
İsa Qasımov
Mobil nömrə
+994557680245
Əlaqə saxla