Əlavə olunduğu tarix: 31.10.2022
Fənn proqramlarının effektivliyinin ölçülməsi
Müxtəlif fənlər, həmçinin təhsilin müxətlif pillələrində tədris plan və proqramlarının, o cümlədən komleks şəkildə ixtisas üzrə tədris proqramlarının effektivliyinin ölçülməsi üzrə tədqiqatların aparılmasını təklif edirəm. Bu zaman, hər bir fənn üzrə tətbiq olunan mövcud tədris plan və proqramlarının tətbiqinin nəticələrini ölçərək, yeni məzmun planlarının hazırlanması məqsədilə faydalı təkliflər hazırlana bilər. Bu cür tədqiqatlar cari proseslərdə mövcud vəziyyəti düzgün qiymətləndirməyə kömək etməklə yanaşı, düzgün proqnozların verilməsinə də kömək edəcəkdir.
Təklif edilən məsələni müzakirə etmək üçün vaxt ayıra bilərəm.