Əlavə olunduğu tarix: 24.11.2022

Coders Caravan

Proqramlaşdırma günümüzün ən önəmli peşələrindən biridir. Kodlamağı öyrənmək, hansı sahədə təhsil aldığınızdan və ya karyeranızdan asılı olmayaraq sahib olmaq üçün çox dəyərli bacarıqdır.Rəqəmsal texnologiyalar sferasında savadlı qadın kadrlar yetişdirmək üçün IT sahəsinə yenilikçi yanaşma gətiririk. Missiyamız yeni bacarıqlar və texnologiya sahəsində böyük karyera qurmaq imkanı verməklə qlobal miqyasda texnologiyada gender müxtəlifliyi fərqini azaltmaqdır. Layihədə iştirak etmək şansı əldə edəcək 20 nəfər şəxs tam təqaüdlə 7 ay müddətində Full-Stack proqramlaşdırma təhsili əldə edəcək. Həm nəzəri, həm də praktiki əsaslı qurulmuş proqramın sonunda hər bir tələbə final layihəsini təqdim edərək karyera yönümlü dəstək əldə edəcək. “Coders Caravan” USAID, Qara Dəniz Əməkdaşlıq Fondu, Coders Azerbaijan, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Technest Təqaüd proqramının birgə layihəsidir. 


Layihəyə seçilmiş 20 iştirakçı 7 ay boyunca həftəiçi hər gün, hər dərs 3 saat olmaqla Full Stack təlimlərində iştirak edəcək. Təlimlər nəzəri və praktiki əsaslarda 2 təlimçi və 4 mentor vasitəsilə baş tutacaq. Dərslər online şəkildə xüsusi “Coders Online” metodu vasitəsilə baş tutacaq. Əlavə olaraq layihədə iştirak hüququ qazanmış şəxslər hər ay 1 dəfə olmaqla(öncədən təyin edilmiş hər-hansı bir bazar günü) ənənəvi(offline) şəkildə qeydiyyatda olduğu region üzrə vörkşop və təlimlərə cəlb ediləcəklər.

Müəllif
Riyad Ağazadə
Mobil nömrə
0514618338
Əlaqə saxla