“Bilik laboratoriyası” formatında 4-cü onlayn mühazirə keçirilmişdir

AMEA Yüksək Texnologiyalar Parkı və Koreya Elm və Texnologiya Siyasəti İnstitutu (STEPI) arasında həyata keçirilən “Azərbaycanda Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq və potensialın artırılması” layihəsi çərçivəsində “Bilik laboratoriyası” formatında 4-cü onlayn mühazirə keçirilmişdir. Seul Milli Elm və Texnologiya Universitetinin professoru GyeongSoo (John) Shim-in təqdimatında “Startap və inkubasiya siyasəti” mözusunda təqdim edilən mühazirədə müştəri araşdırmasına əsaslanan texnologiya startapları və onun metodları, laboratoriya əsaslı startap təhsili və onun nəticələri, əqli mülkiyyət texnologiyaları haqqında geniş məlumat verilmişdir. Seul Milli Elm və texnologiya  Universitetinin vitse-prezidenti olan   Professor Şim Koreyanın Hanyang Universitetində bakalavr və magistr,  Koreya Universitetində Ph.D dərəcləri almış, ABŞ-ın Corc Vaşinqton və  Kolumbiya universitetlərində innovasiya və kurslarını bitirmişdirvə və ionnovasiya və sahibkarlıq üzrə 30 illik təcrübəyə malikdir.   

Tədbir zamanı həmçinin Koreya Respublikasında həyata keçirilən müxtəlif startap proqramları (Lean Startup, NSF I-Corps və s.), həmçinin ABŞ təcrübəsi əsasında qlobal bazarda uğur qazanmış startapların nümunələri və texnologiyaların kommersiyalaşdırılması yollarına dair dəyərli məlumatlar verilmişdir.  Onlayn mühazirədə Ali təhsil müəssisləri, dövlət özəl sektorun bir çox maralı tərəfləri iştirak etmiş və maraqlı müzakirələr aparılmışdır. 

Ən son xəbərlər