Azərbaycanda Yüksək Texnologiyalar Parkının istismar proqramı

Bu gün Azərbaycan Texniki Universitetində Yüksək Texnologiyalar Parkı (YTP) və Koreya Elm və Texnologiya Siyasəti İnstitutu (STEPI) arasında həyata keçirilən “Azərbaycanda Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq və potensialın artırılması” layihəsi çərçivəsində təşkil olunmuş Forum öz işinə başlayıb.

Forumun açılış mərasimində çıxış edən Azərbaycanla K-İnnovasiya Tərəfdaşlığı Proqramının layihə rəhbəri, STEPI-nin baş elmi işçisi Eun Joo Kim 2022-2024-cü illəri əhatə edən “Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq və potensialın gücləndirilməsi” layihəsinin təqdim etdiyi imkanlar barədə məlumat verib. Bildirib ki, bu layihə STEPI ilə YTP-nin əməkdaşlığının davamı olaraq texnoparklar üçün xarakterik olan əsas istiqamətlərin - texnologiyaların transferi və kommersiyalaşdırılması və startap-inkubasiyanı əhatə etməklə bu sahələrdə Koreya təcrübəsinin öyrənilməsi və tətbiqini qarşıya məqsəd qoyur. E.J.Kim layihənin cari ildəki fəaliyyətinin davamı olaraq rəhbərlik etdiyi, STEPI ilə yanaşı, Koreya universitetləri və dövlət qurumlarını təmsil edən şəxslərdən ibarət Koreya nümayəndə heyətinin bugünkü Forumda iştirak və Azərbaycada fəaliyyət göstərən ali təhsil müəssisələri, elm və innovasiya mərkəzləri ilə tanışlıq məqsədilə Azərbaycanda səfərdə olduğunu diqqətə çatdırıb.

Ən son xəbərlər